27 iyul 2026 21:02
122

Naxçıvanda ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb

Naxçıvan Muxtar Respublikasında bu ilin ilk 6 ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən “İki sahil”ə bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaşların ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı müraciətləri müvafiq qaydada araşdırılıb və imtina üçün əsaslar olmadığı hallar nəzərə alınmaqla dövlət qeydiyyatı həyata keçirilib.

Qeyd edək ki, ad, soyad və ata adının dəyişdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq həyata keçirilir.