Avqustun 26-da "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən "Dəli Domrul" tamaşası təqdim edilib.
“İki sahil” xəbər verir ki, tamaşa Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb.
Tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.
Səhnə əsərində aktyorların məharətli çıxışı tamaşaçıların gur alqışları ilə qarşılanıb.
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası