26 avqust 2023 21:28
367

“Zirə”dən ardıcıl dördüncü qələbə

Misli Premyer Liqasında 4-cü tur çərçivəsində “Zirə” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunda yeganə qolu qarşılaşmanın 2-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Vladislav Kulaç vurub.

Misli Premyer Liqası,

4-cü tur

26 avqust (şənbə)

19:30. “Zirə” 1–0 “Sabah”

Qol: Vladislav Kulaç, 2

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu