26 avqust 2023 19:45
380

Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub

“Red Bull” komandasının holland pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 13-cü mərhələsinin - Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub. Yarışlar Zandvoortdakı dövrədə keçirilir.

“İki sahil” xəbər verir ki, ikinci yeri “McLaren” komandasından britaniyalı Lando Norris tutub. Üçüncü "Mercedes"in britaniyalı pilotu Corc Rassel olub.

Niderland Qran-Prisi yarışı bazar günü keçiriləcək.