Misli Premyer Liqasında 4-cü tur çərçivəsində “Turan Tovuz” “Səbail”i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində “Səbail”in futbolçusu Aleksandr Ramalinqom hesabı açıb. 62-ci dəqiqədə isə Yusif Nəbiyev bakılıların üstünlüyünü iki topa çatdırıb – 0-2.
Oyunun 84-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Roderik Miller buraxılan qolların əvəzini çıxsa da, “Səbail”in futbolçusu Ağabala Ramazanov bakılıların üstünlüyünü yenidən iki topa çatdırdı – 1-3.
Misli Premyer Liqası,
4-cü tur
26 avqust (şənbə)
17:00. “Turan Tovuz” 1–3 “Səbail”
Qollar: Aleksandr Ramalinqom, 5 (0:1), Yusif Nəbiyev, 62 (0:2), Roderik Miller, 84 (1:2), Ağabala Ramazanov, 90 (1:3)
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Tovuz şəhər stadionu