26 avqust 2023 16:38
381

"İnter" yeni transferi ilə müqavilə imzaladı

"İnter" yeni transferi Aleksis Sançeslə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

O, Milan təmsilçisinə azad agent kimi keçib. 

Xatırladaq ki, Sançes 2019/2020 mövsümündə və 1 sentyabr 2020-ci ildən 10 avqust 2022-ci ilə kimi "İnter"də çıxış edib.