"Aston Villa"nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını Qətərdə davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 31 yaşlı futbolçu Qətərin "Al Duhail" klubuna keçməyə hazırlaşır. Tərflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, ötən mövsüm Koutinyo “Aston Villa”nın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb və 1 qol vurub. "Transfermarkt" futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir. O, həmçinin karyerası ərzində "İnter", "Barselona", "Bavariya" və "Liverpul"da da oynayıb