26 avqust 2023 14:37
389

Türkiyə klubları Dadaşovu istəyir?

Azərbaycan yığmasının və "Qrasshopper"in hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb. 24 yaşlı forvardla Superliqanın bir neçə klubu maraqlanır. O,  "Sivasspor", "Qaziantep" və "Konyaspor"dan təklif alıb. 

Qeyd edək ki, Dadaşovun "Qrasshopper"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Renat bu mövsüm 4 oyunda 1 qol vurub.