26 avqust 2023 13:31
375

“Sabah” klubu yeni basketbolçu transfer edib

Ölkəmizi FIBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” komandası heyətini gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ basketbolçusu Kivon Devonportu transfer edib.

25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 203 santimetr boya malik basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. O, son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.