25 avqust 2023 16:59
404

“Fənərbağça” xorvatiyalı oyunçu ilə beşillik müqavilə imzalayıb

Türkiyənin “Fənərbağça” klubu Xorvatiya millisinin futbolçusu Dominik Livakoviçlə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, 28 yaşlı oyunçunun sözləşməsinin müddəti 5 illikdir.

Livakoviç İstanbul klubunda 40 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edib.