Bu gün Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, saat 18:30-da başlayan qarşılaşmanın 17-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui hesabı açıb. 83-cü dəqiqədə isə Elvis Maşike oyunda son nöqtəni qoyub – 2-0.
Misli Premyer Liqası,
2-ci tur
12 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” 2–0 “Qəbələ”
Qol: İsmail Azzaui, 17, Elvis Maşike, 83
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+3 ("Qəbələ")
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
“Dalğa Arena”