12 avqust 2023 16:43
365

“Milan” futbolçusunu icarəyə göndərdi

“Milan” yarımmüdafiəçisi Junior Messiası “Cenoa” klubuna icarəyə verib.

“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, braziliyalı oyunçu 2022/23 mövsümündə Milan klubunun heyətində 36 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.