01 avqust 2023 15:35
342

“Neftçi” braziliyalı hücumçunun transferini açıqlayıb - FOTO

“Neftçi” braziliyalı futbolçu Andre Şinyaşikinin transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Bakı klubu 26 yaşlı hücumçunun keçidini xüsusi videoçarxla təqdim edib.

ABŞ-ın “Şarlott” klubundan alınan forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Andre Şinyaşiki karyerası ərzində indiyə qədər yalnız ABŞ-da çıxış edib.