01 avqust 2023 00:08
318

Azərbaycan üzgüçüsü dünya ikincisi olaraq paralimpiadaya lisenziya qazanıb

Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medal əldə edib.

“İki sahil” xəbər verir ki,  3 qat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da Saley Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.