Braziliyada dövlət qulluqçularının iş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətin qərarı sayəsində Avstraliya və Yeni Zelandiyada keşiriləcək qadınlar arasında Dünya Kuboku uğrunda futbol turniri rahatlıqla izlənilə biləcək .
Sərəncamda oyunların səhər saat 7:30-da keçirildiyi günlərdə iş saatları Braziliya vaxtı ilə saat 11:00-da başlayacağı, oyunların səhər saat 8-də keçirildiyi günlərdə isə iş saatının saat 12-də başlayacağı qeyd olunub.
Qeyd edək ki, Braziliya səkkiz dəfə Amerika Femenina Kubokunu qazansa da , bu ölkənin Qadınlar arasında Dünya Kuboku yarışlarında ən yaxşı nəticəsi 2007-ci ildə olub.
Braziliya F qrupundadır və bazar ertəsi Adelaidedə Panama ilə mübarizəyə başlayacaq. Daha sonra Brisbendə Fransa və Melburnda Yamayka ilə qarşılaşacaq. //dailysabah.com
Leyla Şıxəli, “İki sahil”