19 iyul 2023 19:11
376

Avropa çempionatı: Azərbaycanın basketbol yığması ilk matçda məğlub olub

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığma C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 51:65.

Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.