18 iyul 2023 10:47
356

"Neftçi" "Spartak"la qarşılaşacaq - OYUN GÜNÜ

"Neftçi" Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda Moskva "Spartak"ı ilə qarşılaşacaq. "Otkrıtiye Bank Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

"Ağ-qaralar"ın mətbuat xidmətinin yaydığı məlumata görə, qarşılaşma "Neftçi TV"də canlı yayımlanacaq.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Xatırladaq ki, "Neftçi" Sankt-Peterburqda iştirak etdiyi “Kubok PARI Premyer” turniri çərçivəsində "Fənərbaxça"ya 0:1, "Srvena Zvezda"ya 0:4, "Zenit"ə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.