17 iyul 2023 15:26
305

Azərbaycan klubu portuqaliyalı futbolçunu transfer edib

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini legioner futbolçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, Naxçıvan təmsilçisi portuqaliyalı Nuno Migel Rodrigeslə anlaşıb.

Bu gün Azərbaycana gələn 29 yaşlı vinger tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nuno Migel Rodriges son olaraq ölkəsində 2-ci liqada çıxış edən "Sportinq" (Kovilya) klubunun formasını geyinib.