17 iyul 2023 15:34
306

"Kəpəz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən "Kəpəz" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən “İki sahil”ə verilən məlumata görə, "sarı-göylər" Olavale Onanuqa ilə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyada "Kastrioti"nin formasını geyinib.