"Fənərbaxça" yeni transferi Duşan Tadiçlə müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə bağlayıb.
Duşan Türkiyə klubuna azad agent kimi keçib. Serbiyalı futbolçu komandada 10 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Tadiç bu yay "Ayaks"la müqaviləsinə öz istəyi ilə xitam verib. Serbiya millisinin üzvü “Ayaks”ın heyətində ümumilikdə 241 oyun keçirib, 105 qol vurub.