16 iyul 2023 23:32
374

Alkaras ilk dəfə Uimbldonun qalibi olub

İspaniyalı tennisçi Karlos Alkaras mövsümün üçüncü Böyük Dəbilqəsi olan Uimbldonun final matçında ikinci sırada olan serb Novak Cokoviçi məğlub etdi.

“İki sahil” xəbər verir ki, görüş 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4 hesabı ilə Alkarasın xeyrinə başa çatıb.

Alkaraz karyerasında ikinci Böyük Dəbilqə turnirini qazanıb, 2022-ci ildə ABŞ Açıq çempionatının qalibi olub. Uimbldonda ispaniyalının ən yaxşı nəticəsi 2022-ci ildə yarışın dördüncü mərhələsinə yüksəlməsi olub.