"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Barselona"ya transfer olubmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. İngiltərə klubu futbolçusunu 80 milyon avroya satmağa hazırdır.
"Barselona" isə Silvanı bir il müddətinə icarəyə götürmək istəyir. Lakin "Siti" təklifi müsbət cavablandırmayıb. Klub portuqaliyalı oyunçunu icarəyə verməyi düşünmür.
Ötən mövsüm 28 yaşlı portuqaliyalı futbolçu Premyer Liqada 34 oyunda 4 qol vurub və 5 qolun ötürməsini verib.