16 iyul 2023 21:06
311

Daha "Mançester Yunayted"in kapitanı olmayacaq

Müdafiəçi Harri Maquayr sosial şəbəkədə artıq "Mançester Yunayted"in kapitanı olmadığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o bildirib: “Məşqçi Erik Ten Haq mənə dedi ki, kapitanı dəyişir. O, səbəblərdən danışdı. Son dərəcə məyus olsam da, hər dəfə klub forması geyinəndə əlimdən gələni etməyə davam edəcəyəm”.

İngiltərəli futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm 30 yaşlı müdafiəçi klubun heyətində bütün yarışlarda 31 oyuna çıxıb və qol vurmayıb.