16 iyul 2023 17:40
304

"Sumqayıt" Superliqa klubu ilə qarşılaşacaq

 "Sumqayıt"ın Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində rəqiblərindən biri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, komanda "Sivasspor"la qarşılacaq. Bu barədə Türkiyə Superliqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 23-ü keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə iyulun 27-dək təlim-məşq toplanışında olacaq.