16 iyul 2023 14:29
320

O, PSJ-yə qayıdır?

PSJ hücum xəttini gücləndirir.

“İki sahil” xəbər verir ki, Paris klubu PSV-dən Xavi Simonsu heyətinə cəlb edir. İnsayder Fabritsio Romano 20 yaşlı yarımmüdafiəçinin artıq Fransaya yollandığı haqda məlumat yayıb.

2022-ci ildə məhz PSJ-dən PSV-yə keçən niderlandlı futbolçunun müqaviləsindəki bəndə görə Fransa klubu bu yay oyunçunu 6 milyon avroya geri ala bilər. PSJ bundan yararlanaraq sabiq futbolçusunu geri qaytarır.

Qeyd edək ki, Xavi Simons ötən mövsüm Eridiviziyada 34 oyuna 19 qol vurub, 9 qol ötürməsi edib.