2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Şahin Diniyevin komandası “Ərzurumspor”la qarşılaşacaq.
Türkiyə 1-ci liqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail"in Superliqa təmsilçiləri "Konyaspor" və “Sivasspor”la da oyunları nəzərdə tutulub.