"Bu turnir məşqçi və komanda arasında əlaqə yaratmaq baxımından yaxşıdır. Həm də, komandanı fiziki cəhətdən mövsümə, avrokuboklara hazırlamaq lazım idi".
“İki sahil” xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yeqor Boqomolski PARI Premyer Kubokunda "Fənərbaxça" ilə dünən keçirilən oyundan sonra deyib.
Belaruslu hücumçu "Matç TV"yə açıqlamasında 0:1 hesabı ilə uduzduqları mathı şərh edib: "İstəyərdik ki, nəticə olsun, amma əsas vəzifə komandada əlaqələri yaratmaqdır. “Srvena Zvezda” ilə oyun uğursuz alındı. Komanda Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək. Onların həm fiziki, həm də taktiki cəhətdən daha yaxşı hazırlaşdıqları açıq-aydın görünürdü".
Boqomolski yeni baş məşqçi Adrian Mutu haqda isə qeyd edib: "Yeni tanış olmuşuq. Məşqçilər tələbləririni açıqladılar, biz onlardan istifadə etməyə çalışacağıq. Yeni məşqçi gələndə, özünü ən yaxşı tərəfdən göstərmək istəyirsən. Hər epizodda əlinizdən gələni edirsininiz".