15 iyul 2023 22:53
295

22:0 hesablı qələbə

İtaliya A seriyası təmsilçisi "Sassuolo" yoxlama oyununda 22 qol vurub.

“İki sahil” xəbər verir ki, komanda "Real Vicenzo"  ilə qarşılaşıb və 22:0 hesabı ilə qalib gəlib. "Sassuolo"nun qollarının Mulattieri (5), Thorstvedt (4), Bajrami (3), Antiste (3), Pinamonti (3), Berardi (2), Kuriakopoulos və Enrike vurublar.

Qeyd edək ki, "Sassuolo" ötən mövsüm A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.