15 iyul 2023 20:40
381

Çexiyalı tennisçisi qadınlar arasında “Uimbldon” turnirinin qalibi oldu

Çexiyalı tennisçi Marketa Vondrouşova “Uimbldon” turnirinin final matçında Tunis təmsilçisi Ons Jaberə qalib gəlib.

“İki sahil” xəbər verir ki, oyun 6:4, 6:4 hesabı ilə Vondrouşovanın xeyrinə başa çatıb.

İyulun 16-da turnirin kişilər arasında final oyunu keçiriləcək. Oyun ispan Karlos Alkaras və serbiyalı Novak Cokoviç arasında olacaq.