Bu gün Sankt-Peterburqda “Neftçi” və “Fənərbaxça” arasında oyun keçirilib .
“İki sahil” xəbər verir ki, Azərbaycan və Türkiyə təmsilçiləri “Kubok Pari Premyer” turniri çərçivəsində üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Yeganə qoli 73-cü dəqiqədə Edin Ceko vurub.. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq.
“Neftçi” - “Fənərbaxça” matçı ilə turnirə yekun vurulub
Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə 4 komandalı turnirdə axırıncı yeri tutub.