Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının B divizionundakı növbəti rəqibi bəlli olub.
“İki sahil” xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Slovakiya seçməsi ilə qarşılaşacaq.
İyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.