14 iyul 2023 21:31
390

Romario xəstəxanaya yerləşdirilib

Braziliya dünya çempionu, 1994-cü ilin FİFA-nın ilin ən yaxşı oyunçusu, hazırda isə Rio-de-Janeyronun qubernatoru olan Romario xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu haqda Romarionun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, keçmiş “Barselona” futbolçusu narahatlıq və ağrı şikayəti ilə Rio-de-Janeyrodakı “Barra d'Or” xəstəxanasına aparılıb və ona bağırsaq infeksiyası diaqnozu qoyulub.

57 yaşlı braziliyalının səhhətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Romario 2021-ci ildə təcili öd kisəsindən əməliyyat olunub.