"Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Vengerin Yunanıstandakı çimərliklərdən birində sevgilisi ilə görüntüləri yayılıb.
“İki sahil” xəbər verir ki, şəkilləri Britaniyanın "The Sun" nəşri yayıb.
Qeyd edək ki, 73 yaşlı Venger 2015-ci ildə keçmiş həyat yoldaşı, basketbolçu Enni Brosterhausdan boşanıb. Hazırda FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri olan fransalı mütəxəssis 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb.