14 iyul 2023 01:57
326

Cordan Henderson “Liverpul”da qalacaq, yoxsa?..

Cordan Henderson “Liverpul” klubundakı 12 illik kariyerasına son qoyaraq yarımmüdafiəçi Stiven Cerrardın baş məşqçi olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın təklifini qəbul etmək  niyyətindədir.

Klub ailəsi ilə birlikdə Yaxın Şərqə köçmək istəməyən “Liverpul” kapitanını transfer etmək üçün qətiyyətli səy göstərir. 33 yaşlı futbolçu indi həftədə 200.000 funt-sterlinq “Liverpul” maaşının iki qatı dəyərində  olan ikiillik müqavilə təklifini nəzərdən keçirir. Hələ ki Səudiyyə Ərəbistanı klubundan  “Liverpul”  rəsmi təklif almasa da,  futbolçuya  bir neçə gün ərzində  transferin təklif  olunacağı gözlənilir.  Futbolçu Cordan Yurgen Kloppla danışıqlar apardıqdan sonra yekun qərarını verəcək.  Bu danışıqlar nəticəsində futbolçunun  klubda qalıb -qalmayacağı dəqiqləşəcək. Cordan keçən mövsüm  43  matçda  iştirak edib və klub ilə ikiillik müqaviləsi var.  

Qeyd edək ki, Cordan Klopp üçün meydanda və meydandan kənarda əvəzolunmaz kapitan olaraq qalır.

Leyla Şıxəli, “İki sahil”