Darvin Nunes "Liverpul"da 9 nömrəli forma geyinəcək.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Roberto Firminonun gedişindən sonra boş qalan 9 nömrəni uruqvaylı hücumçunun geyinəcəyini bildirilib .
Darvinin adının yer aldığı 27 nömrəli 2023/24 ev və səfər formalarını almış bütün "Liverpul" azarkeşləri avqustun 19-dək formaları yeniləri ilə pulsuz olaraq dəyişdirə biləcəklər.
Qeyd edək ki, D.Nunes 2022-ci ildən Mersisayd təmsilçisində oynayır.