Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Mbvana Samatta ilə yollarını ayırıb.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tanzaniyalı hücumçunun 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Samattanın Yunanıstan PAOK-una keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Mbvana Samattanı 2020-ci ilin yayında "Aston Villa"dan 6 milyon avroya transfer etmişdi. 31 yaşlı forvard son mövsümü icarə əsasında "Genk"də keçirib.