12 iyul 2023 17:21
294

"Leyptsiq"in futbolçusu "Qalatasaray"da

"Qalatasaray" növbəti transferini həyata keçirib.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi "Leyptsiq"in müdafiəçisi Anxelinyonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı ispaniyalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirəcək.

Qeyd edək ki, Anxelinyo son mövsümü icarə əsasında "Hoffenhaym"da keçirib.