12 iyul 2023 12:43
289

"Kəpəz" növbəti transferini açıqladı

"Kəpəz" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

“İki sahil” Gəncə təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu ötən mövsüm "Turan Tovuz"un formasını geyinib. "Kəpəz" daha əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.