12 iyul 2023 09:56
297

AÇ: Millimiz Gürcüstan yığması ilə qarşılaşacaq

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma B Divizionunun C qrupunda Gürcüstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna, İsveç və Kosovoya məğlub olub.