12 iyul 2023 09:30
312

"Qəbələ" klubu Türkiyədə ilk yoxlama oyununu keçirəcək

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gələcək.

“Termal otel”in məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "qırmızı-qaralar" qonşu ölkədə daha iki görüş keçirəcək. "Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.