11 iyul 2023 22:51
303

"Kəpəz" sabiq futbolçusunu transfer edib

"Kəpəz" daha bir futbolçunun transferini həll edib.

“İki sahil” Klubdan verilən məlumata istinadən xəbər verir ki, "sarı-göylər" sabiq yarımmüdafiəçisi Əli Səmədovu heyətinə qatıb.

Gəncə futbol məktəbinin yetirməsi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əli Səmədov ötən mövsümün ikinci hissəsini "Şamaxı"da keçirib. O, sözügedən komandaya məhz "Kəpəz"dən keçmişdi.