11 iyul 2023 19:05
333

"Neftçi"nin sabiq futbolçusu Portuqaliya klubuna keçib

"Neftçi"nin sabiq futbolçusu Xorxe Korrea karyerasını Portuqaliyanın "Torrense" komandasında davam etdirəcək.

İki sahil "A Bola" nəşrinə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2021/2022 mövsümünün ilk hissəsində "ağ-qaralar"ın şərəfini qoruyub.