11 iyul 2023 15:28
340

UEFA-dan Cüneyt Çakıra yeni təyinat

Türkiyə Futbol Federasiyasının sabiq referisi Cüneyt Çakır UEFA-dan təyinat alıb.

"İki sahil" Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək  “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) oyununun hakim-inspektori təyin olunub.

Qeyd edək ki, sözügedən görüş sabah keçiriləcək. Matçı Avstriya Futbol Federasiyasında Kristian Petru Çokirka idarə edəcək.