11 iyul 2023 14:13
355

"Neftçi"nin qapıçısı zədəsini sağaldıb

"Neftçi"nin qapıçısı Aqil Məmmədov məşqlərə başlayıb.

“İki sahil”in məlumatına görə, 34 yaşlı qolkiper dünən axşam saatlarında "ağ-qaralar"ın təlim-məşq toplanışı keçdiyi Rusiyanın Sankt-Peterburq şəhərinə çatıb.

"Matç TV" turnirində yerli "Zenit" komandasına 1:3 hesabı ilə uduzduqları görüşdə sıradan çıxan təcrübəli oyunçu Bakıya qayıtmışdı.

Qeyd edək ki, "Neftçi" turnirdəki üçüncü qarşılaşmasında iyulun 15-də Türkiyənin "Fənərbağça" klubu ilə üz-üzə gələcək.