11 iyul 2023 13:51
307

"Çelsi" hücumçusunu icarəyə verdi

"Çelsi" futbolçusu David Fofananı "Union"a icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Berlin klubunun saytı məlumat yayıb.20 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında Bundesliqa təmsilçisində keçirəcək. 

"Union"un futbolçunu almaq hüququ olmayacaq. 

"Çelsi" qış transfer pəncərəsi zamanı Fofanı 12 milyon avroya alıb. O, London təmsilçisinin əsas komandasında 4 oyuna çıxıb.