PSJ-nin futbolçusu Neymar zədəsini sağaldıb.
"İki sahil" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu dünən komanda ilə məşqlərə başlayıb.
31 yaşlı futbolçu 4 aydan sonra ilk dəfə qrup məşqində iştirak edib. Martda topuq bağının zədələnməsinə görə əməliyyat olunub.
Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.