11 iyul 2023 12:49
277

"Tottenhem"dən Keynə yeni müqavilə

"Tottenhem" futbolçusu Harri Keyni komandada saxlamaqda israrlıdır.

"İki sahil" "The Telegraph"a istinadən xəbər verir ki, London klubu ingiltərəli hücumçuya həftəlik 470 min avro qazanacağı yeni müqavilə təklif edəcək.

"Tottenhem" "Bavariya"nın 29 yaşlı oyunçu göndərdiyi 2 təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, H.Keynin klubu ilə müqaviləsi 2023/2024 mövsümünün sonu başa çatır. O, ötən mövsüm  İngiltərə Premyer Liqasında 38 matçda 30 qol vurub.