11 iyul 2023 12:40
414

“Linkoln” – “Qarabağ” oyunu bu kanalda

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” ilk oyunu Azərbaycanda canlı yayımlanacaq.

“İki sahil” xəbər verir ki, görüşə "CBC Sport" kanalı vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.