11 iyul 2023 09:53
313

AÇ: Azərbaycanın basketbol millisi növbəti oyununu keçirəcək

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə, rəqib isə Gürcüstanla İsveçə yenilib.