10 iyul 2023 15:24
324

"Qarabağ" Jason Lokilonu transfer edəcəkmi?

Ötən mövsümü icarə qaydasında "İstanbulspor"da keçirən Jason Lokilonun “Qarabağ”a keçəcəyinə dair məlumatlar yayılıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, belçikalı 24 yaşlı sağ vinger "Qarabağ"la razılığa gəlib.  J.Lakilo müqavilə ilə Niderlandın "Sparta Rotterdam" klubuna məxsus olub və o, bu yay həmin klubu tərk edib.

Lokilo həqiqətən də "Qarabağ"ın maraq dairəsində olan oyunçudur. Onunla aktiv danışıqlar da aparılıb. Lakin hələlik bu transferlə bağlı yekun qərar yoxdur. Yəni transferin həm baş tutma, həm də alınmama ehtimalı var. Yaxın günlərdə bu məsələ ilə bağlı məsələ qətiləşəcək.

Daha öncə Qol.az Patrik Andradenin yenidən "Qarabağ"a qayıtdığını yazıb.